Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Binəqədi qəsəbəsi İsfahani küçəsində baş verib. Qasımov Rəhim Hacı oğlu buradakı mənzillərin birində sirkə turşusu içərək intihara cəhd edib.
O, yerləşdiyi Binəqədi rayon Tibb Mərkəzinin toksikologiya şöbəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.