Bakıda kişi intihar edib.
Lent.az xəbər verir ki, hadisə ötən gecə Xətai rayonu, Rəşid Bağırov küçəsində baş verib. Burada kirayədə yaşayan 40 yaşlı Mirzəyev Təşkilat Mirzə oğlu sirkə turşusu içməklə intihara cəhd edib. O, yerləşdiyi Kliniki Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı araşdırma aparılır.