Bakıda kişi qonşusu tərəfindən QƏTLƏ YETİRİLDİ
30 oktyabr 2021 02:12 (UTC +04:00)

Bakıda kişi qonşusu tərəfindən QƏTLƏ YETİRİLDİ

0

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yeni Suraxanı yaşayış sahəsində qeydə alınıb.

Sovet küçəsi, 1 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Hüseynov Zakir Balababa oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. 

Z.Hüseynova ürək və qarın nahiyəsindən üç bıçaq zərbəsi vurulub. O, küçədə dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. 

Hadisəni törədən şəxs saxlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2630

Oxşar yazılar