Bakıda kişi özünü məftillə ağaca bağlayıb YANDIRDI
21 yanvar 2022 20:22 (UTC +04:00)

Bakıda kişi özünü məftillə ağaca bağlayıb YANDIRDI

Yanvarın 19-da, saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimovun özünü məftil ilə ağaca bərkidib yandıraraq öldürməsi faktı ilə bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə yayılmış videogörüntülərlə bağlı daxil olmuş sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırma zamanı Nadir Həşimovun meyiti xarici və daxili müayinə olunmuş, meyitin üzərində yanıq xəsarətlərindən başqa hər hansı kənar xəsarət aşkar olunmayıb.

Hazırda araşdırma davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3633
avatar

Oxşar yazılar