Bakıda sevgilisindən ayrılan oğlan özünü binadan atdı - YENİLƏNİB
01 noyabr 2022 17:02 (UTC +04:00)

Bakıda sevgilisindən ayrılan oğlan özünü binadan atdı - YENİLƏNİB

Bakıda gənc oğlanın özünü binanın 17-ci mərtəbəsindən atması ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı Babayev Mirabdulla Rafiq oğlu sevgilisindən ayrılıb. Son zamanlar onun sevgi münasibətlərində gərginlik olub.

Mirabdullanın məhz bu səbəbdən özünü öldürməsi ehtimal olunur.

İntiharın dəqiq səbəbləri isə Nizami rayon Prokurorluğunda davam etdirilən araşdırmalar nəticəsində bilinəcək.

***
Saat: 09:01

 

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə gecə saat 4 radələrində Nizami rayonu Özbəkistan küçəsində qeydə alınıb. 27 yaşlı Babayev Mirabdulla Rafiq oğlu yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.

# 10077
avatar

Mehman Nəbiyev

Oxşar yazılar