Bakıda kişi şantaj olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 4-də Qobustan qəsəbə sakini olan bir kişinin şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 400 manat pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini O.Şəkərov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.