Bakıda kişi boşanmaq istəyən  arvadını küçədə döydü
17 sentyabr 2025 19:33 (UTC +04:00)

Bakıda kişi boşanmaq istəyən arvadını küçədə döydü

0

Bakıda kişi küçədə arvadını döyüb.

Lent.az-ın məlumatına görə, hadisə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında baş verib.

29 yaşlı Əmrah Quliyev (soyad şərtidir) ondan boşanmaq istəyən arvadı Aysel Quliyeva (ad və soyad şərtidir) ilə küçədə, hündürmərtəbəli binalardan birinin arxasında görüşüblər. Görüş zamanı qadın təkidlə Əmrahdan boşanmaq istədiyini deyib. Buna əsəbiləşən Əmrah Ayselin başına əli ilə zərbələr vurub.

Əmrah Quliyev ifadəsində göstərib ki, bu ilin aprel ayında ailə qurublar:

“Ailə qurandan sonra münasibətlərimiz heç vaxt yaşı olmayıb. Buna səbəb qarşı tərəfin ailəsinin daim ailəmizin işinə qarışması olub. Rəsmi nikahda olsaq da, bir yerdə yaşamamışıq. Buna səbəb fikirlərimizin üst-üstə düşməməsidir”.

Aysel Quliyeva isə ifadəsində əri ilə barışmadığını və ona ağır cəza verilməsini istəyib.

Faktla bağlı Əmrah Quliyev barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb.

Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Əmrah Quliyev 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar