Bakıda kəlmeyi-şəhadət  gətirib özünü binadan atan  gənc öldü
25 oktyabr 2024 10:27 (UTC +04:00)

Bakıda kəlmeyi-şəhadət gətirib özünü binadan atan gənc öldü

Bakıda özünü binadan atan gənc oğlan ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 15-də Xətai rayonu Nəsirəddin Tusi küçəsində baş verib.

27 yaşlı İsmayılov Emil İslam oğlu kirayə yaşadığı evin pəncərəsindən özünü atıb. O, aldığı xəsarətlərdən oktyabrın 24-ü səhər saatlarında xəstəxanada ölüb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, mərhum kəlmeyi-şəhadət gətirdikdən sonra özünü binadan atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4908
avatar

Oxşar yazılar