Bakıda "Kamaz", Samuxda "VAZ" yandı
20 oktyabr 2021 09:44 (UTC +04:00)

Bakıda "Kamaz", Samuxda "VAZ" yandı

Bakıda və Samuxda avtomobillər yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda “Kamaz” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb. 

Həmçinin Samux rayonunun Əhmədbəyli kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 918
avatar

Mehman Nəbiyev

Oxşar yazılar