Bakının Nərimanov rayonunda ümumi sahəsi 4000 m² olan ikimərtəbəli anbar binasında 4 m² sahəyə yığılmış 50 ədəd salafan rulon, 3 m² sahədə karton qutular və binanın dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanıb.
Lent.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.