Bakıda iki nəfəri avtomobil vurdu, biri öldü
09 oktyabr 2021 02:13 (UTC +04:00)

Bakıda iki nəfəri avtomobil vurdu, biri öldü

1

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1991-ci il təvəllüdlü Rəhmanov Malikəjdər Hüsaməddin oğlu və hələlik şəxsiyyəti məlum olmayan kişi yolu keçərkən onları avtomobil vurub. Naməlum şəxs hadisə yerində ölüb. M.Rəhmanov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1740

Oxşar yazılar