Bakıda iki maşın toqquşdu,  1 nəfər...   - FOTO
01 mart 2023 03:10 (UTC +04:00)

Bakıda iki maşın toqquşdu, 1 nəfər... - FOTO

0

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Lent.az xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Toyota” markalı maşınının sürücüsü idarəetməni itirərək eyni istiqamətdə olan “Wolkswagen” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində “Toyota”da olan sərnişin xəsarət alıb.

Bundan başqa hər iki maşına ziyan dəyib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1627

Oxşar yazılar