Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var
03 oktyabr 2021 03:41 (UTC +04:00)

Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Nəcəfov Telman Yavər oğlu və 1969-cu il təvəllüdlü Məmmədov Muxtar Hüseyn oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlar aidiyyəti üzrə həkim nəzarətinə götürülüblər.

Hadisənin təfərrüatı araşdırılır.

# 1368
avatar

Oxşar yazılar