Bakıda iki avtomobil toqquşdu, sürücülər yaralandı -FOTO
10 noyabr 2021 02:35 (UTC +04:00)

Bakıda iki avtomobil toqquşdu, sürücülər yaralandı -FOTO

0

Bakının Sabunçu rayonunda avtoqəza zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası Kürdəxanı qəsəbəsində qeydə alınıb.

1976-ci il təvəllüdlü Əlizadə Əli İsmayıl oğlu idarəetməsində olan “Hyundai” markalı nəqliyyat vasitəsi ilə manevr etmək istəyən zaman Qasımov Ədalət Hidayət oğlunun sükanı arxasında olduğu “Mercedes” ona çırpılıb. Qəza nəticəsində hər iki sürücü xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1571

Oxşar yazılar