Bakıda iki avtomobil TOQQUŞDU:  Bir ailənin 5 üzvü... - FOTO
11 mart 2022 01:58 (UTC +04:00)

Bakıda iki avtomobil TOQQUŞDU: Bir ailənin 5 üzvü... - FOTO

0

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.

Tural Ağayev idarə etdiyi “Hyundai” markalı maşını “Nissan” markalı avtomobilə çırpıb.

Zərbənin gücündən “Nissan” işıqfora dəyərək aşıb.

Hadisə zamanı “Nissan” markalı nəqliyyat vasitəsinin içərisində olan bir ailənin beş üzvü xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində işıqfor yararsız vəziyyətə düşüb.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Qəzaya uğramış avtomobillər cərimə meydançasına aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3162

Oxşar yazılar