Bakıda iki aktiv koronavirus xəstəsinə cinayət işi açıldı
12 mart 2021 12:22 (UTC +04:00)

Bakıda iki aktiv koronavirus xəstəsinə cinayət işi açıldı

Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar.

DİN mətbuat xidmətindən Lent.a-za verilən xəbərə görə, martın 11-də polis əməkdaşları paytaxt ərazisində 2 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar edərək saxlayıblar. Bakı şəhər sakinləri, 59 yaşlı K.Axundovaya və 32 yaşlı İ.Quliyevə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.  

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. 

K.Axundova barəsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260
avatar

Mehman Nəbiyev

Oxşar yazılar