Bakıda həmcinslərinin pulunu oğurlayan qadın  tutuldu
09 iyun 2023 10:46 (UTC +04:00)

Bakıda həmcinslərinin pulunu oğurlayan qadın tutuldu

0

Bakıda qadınların pulunu oğurlayan saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 8-də Nəsimi rayonu ərazisində Cəlilabad rayon sakini olan bir qadının bank kartından hesabındakı 300 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Qurbanova müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun mayın 27-də Saatlı rayon sakini olan digər bir qadının bank kartından hesabındakı 400 manatını oğurlaması da müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1831

Oxşar yazılar