Azərbaycanda həbsxanada ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Burada saxlanılan 57 yaşlı Əmirbəyov Zahid Zakir oğlu dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.