Bakıda gözəllik salonu qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Bakıxanov qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 3000 manat dəyərində məişət əşyaları oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Bekineyev saxlanılıb.
Araşdırma aparılır.