Bakıda gözəllik salonlarına qənim kəsilən "müştəri"  tutuldu - VİDEO
13 may 2023 12:50 (UTC +04:00)

Bakıda gözəllik salonlarına qənim kəsilən "müştəri" tutuldu - VİDEO

0

Paytaxtda gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onun etdiyi oğurluqlar obyektlərin təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib və bəzi sosial şəbəkə səhifələrində ictimailəşdirilib.

Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı paytaxt ərazisində əsasən gözəllik salonlarına müştəri kimi daxil olaraq orada olan şəxslərin pul kisəsini oğurlayan Zərifə Əliyeva saxlanılıb. Həmin şəxs ifadəsində Yasamal rayonu ilə yanaşı Bakı şəhərinin Nərimanov rayonu və digər ərazilərində gözəllik salonları və başqa obyektlərdən oğurluqlar etdiyini etiraf edib.

Araşdırma zamanı  Zərifə Əliyevanın Sabunçu rayonunda oğurluq etdiyi üçün barəsində cinayət işi başlanıldığı və axtarışda olduğu da müəyyən edilib. 

Faktlarla bağlı Zərifə Əliyeva barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən digər vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2885

Oxşar yazılar