Bakının Sabunçu rayonunda dəm qazından boğulma hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.
20 yaşlı Məmmədova Nuranə Habil qızı hamam otağında dəm qazından boğulub.
N.Məmmədova 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.