Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Mətbuat prospektində qeydə alınıb.
“Opel” markalı avtomobilin idarə edən sürücü yüksək sürətlə hərəkətdə olarkən qəfil onun qarşısına 20-25 yaşlı şəxs çıxıb.
Avtomobilin vurması zamanı ölən şəxs tanınmaz hala düşüb. Onun təxminən 20-25 yaşlı kişi olduğu bildirilir. Meyit aidiyyəti üzrə morqa təhvil verilib.
Hazırda ölən şəxsin kimliyi araşdırılır.