Bakının Qaradağ rayonunda intihara cəhd baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni şəhərcik bina 3 ünvanında qeydə alınıb.
26 yaşlı Əliyev Vüqar İlqar oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü yerə atıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onun vəziyyəti ağır qiymətləndirilir.