Bakıda gənc oğlan kürəyindən bıçaqlandı
05 aprel 2024 03:02 (UTC +04:00)

Bakıda gənc oğlan kürəyindən bıçaqlandı

Bakının Səbail rayonunda bıçaqlanma baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb.

Belə ki, 20-ci sahə adlanan ərazidə 1995-ci il təvəllüdlü İsmayılov Nicat Xanoğlan oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

# 2181
avatar

Oxşar yazılar