Bakıda FHN-in texnikası qəzaya düşdü, xəsarət alanlar var - FOTO
19 yanvar 2024 04:42 (UTC +04:00)

Bakıda FHN-in texnikası qəzaya düşdü, xəsarət alanlar var - FOTO

0

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, “KIA” markalı minik avtomobili əks istiqamətində hərəkətdə olan zaman sürücü qəfildən sükana nəzarəti itirib.

Nəticədə maşın qarşı yola keçərək FHN-in Xüausi Riskli Xilasetmə Xidmətinin avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik maşınında olan 2 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis və 2 təcili yardım briqadası cəlb olunub. Yaralılara tibbi yardım göstərilib.

Hadisənin təfərrüatını Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4517

Oxşar yazılar