Bakıda fərdi yaşayış evindəki YANĞIN ANINDA SÖNDÜRÜLDÜ
29 oktyabr 2021 22:05 (UTC +04:00)

Bakıda fərdi yaşayış evindəki YANĞIN ANINDA SÖNDÜRÜLDÜ

0

Bakının Nərimanov rayonu ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Lent.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.

Yanğın nəticəsində fərdi yaşayış evinə bitişik, ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Ev yanğından mühafizə olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2433

Oxşar yazılar