Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.
Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 70 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.