Bakıda fəhlə  səkkizinci mərtəbədən   yıxılıb  öldü
21 fevral 2023 14:47 (UTC +04:00)

Bakıda fəhlə səkkizinci mərtəbədən yıxılıb öldü

Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 20-si saat 12 radələrində 50 yaşlı Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Arzu Qurbanlı

Oxşar yazılar