Bakıda fəhlə FACİƏVİ  şəkildə öldü
05 fevral 2022 10:44 (UTC +04:00)

Bakıda fəhlə FACİƏVİ şəkildə öldü

Bakıda zavodda ölüm hadisəsi olub.

Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, fevralın 4-ü saat 16 radələrində paytaxtın Binəqədi rayonu,

Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən “Kartpak” MMC-yə məxsus karton zavodda fəhlə işləyən 65 yaşlı Məlikməmməd Ağayevin ölməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Məlikməmməd Ağayev zavodda yerdən 2,5 metr hündürlükdəki kartonları pilləkənin üzərinə çıxıb yerə düşürən zaman yıxılaraq baş nahiyəsindən almış olduğu xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2541

Oxşar yazılar

Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52
Gəncədə avtomobil piyadanı vurub öldürdü

Gəncədə avtomobil piyadanı vurub öldürdü

21 may 2025 , 00:42