Bakıda FACİƏ:  Sükan arxasında infarkt keçirən sürücü maşını səkiyə çırpdı, ölən var
09 sentyabr 2024 19:11 (UTC +04:00)

Bakıda FACİƏ: Sükan arxasında infarkt keçirən sürücü maşını səkiyə çırpdı, ölən var

Bakıda sürücü sükan arxasında infarkt keçirib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Bakı şəhəri sakini 1969-cu il təvəllüdlü Akif Rəhmanov idarə etdiyi "Renault" markalı 99-SB-773 dövlət nömrə nişanlı maşınla hərəkətdə olarkən sükan arxasında infarkt keçirib. Nəticədə avtomobil səkiyə çırpılıb. Xəstəxanaya yerləşdirilən A.Rəhmanov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2559
avatar

Arzu Qurbanlı

Oxşar yazılar