Bakının Sabunçu rayonunda körpə binadan yıxılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü İsmayılov Əli Tahir oğlu binanın ikinci mərtəbəsindən yıxılıb.
Uşaq ağır xəsarətlər alıb. Əli İsmayılov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb