Bakıda evlərdən 7 minlik oğurluq  edən tutuldu
03 noyabr 2023 13:54 (UTC +04:00)

Bakıda evlərdən 7 minlik oğurluq edən tutuldu

0

Bakıda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Kürdəxanı qəsəbəsindəki evlərin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Xəyal Behbudov saxlanılıb.

Araşdırmalarla onun ayrı-ayrı vaxtlarda Kürdəxanı və Pirşağı qəsəbələri ərazisində 4 evdən ümumilikdə 5600 manat dəyərində məişət əşyaları və təmir alətləri oğurlaması da müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3589

Oxşar yazılar