İyulun 10-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında nazirliyin müvafiq xilasetmə qüvvələri 5 əməliyyat keçirib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində 2-si uşaq olmaqla 3 nəfər xilas edilib, 4 nəfərə müvafiq köməklik göstərilib, 1 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.