Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Binə qəsəbəsində 4 evdən ümumilikdə 3200 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Əhmədov saxlanılıb.
Araşdırma aparılır.