Bakıda narkotik alverçisi saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Səlimbəyli Binəqədi rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 100 qrama yaxın heroin, rayon ərazisindəki yaşadığı evə baxış zamanı isə oradan əlavə olaraq 1 kiloqramdan artıq heroin, 272 qrama yaxın tiryək, 240 qramdan artıq metamfetamin, 660 ədəd preqabalin, 2240 ədəd metadon həbləri və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.