Günay Nəsibova
23 oktyabr 2021 12:19 (UTC +04:00)

Günay Nəsibova

Bakıda evdən gedən gənc qadın AXTARIŞA verildi

Ağstafa rayonunda qeydiyyatda olmaqla paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan 27 yaşlı Günay Nəsibova itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onun həyat yoldaşı polisə ərizə yazaraq bildirib ki, 2021-ci il oktyabrın 22-də səhər saat 11 radələrində evdən çıxıb və axşam yaşadıqları ünvana qayıdan zaman G.Nəsibovanı orada olmadığını müəyyən edib.

Axtarışları nəticə vermədiyi üçün o, bu barədə polisə məlumat verib.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 491-02-02 və 012-437-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

# 3057
avatar

Oxşar yazılar