Bakıda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsi əməkdaşları tərəfindən faktla bağlı araşdırmalar aparılıb. Məlum olub ki, müxtəlif üsul və vasitələrlə mənzilə qanunsuz daxil olmaqla oradan 6500 ABŞ dolları və 50.000 rus rublu oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Rüstəmov tutularaq istintaqa cəlb olunub.
Xətai rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə işi cinayət işi başlanılıb, istintaq aparılır.