Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 4-də Mərdəkan qəsəbəsindəki evlərin birindən 600 manat pul, 2000 dollar (təxminən 3400 manat) və 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsi və Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov və İ.Abbasov saxlanılıblar.