Bakıda evdən 120 min dollarlıq  qızıl OĞURLANDI
02 mart 2023 12:16 (UTC +04:00)

Bakıda evdən 120 min dollarlıq qızıl OĞURLANDI

0

Bakıda evdən külli miqdarda oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə 41-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və ötən ilin dekabr ayından cari il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakinləri S.Rzabəyli və tanışı E.Ağayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub və onlar saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2403

Oxşar yazılar