Bakıda evdən 10 min manatlıq oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət və geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Belə ki, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əkbər Məsumzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.