Bakıda əməliyyat zamanı polisə müqavimət: atəş açıldı  - VİDEO
23 aprel 2026 12:00 (UTC +04:00)

Bakıda əməliyyat zamanı polisə müqavimət: atəş açıldı - VİDEO

1

Bakıda əməliyyat-axtarış tədbirləri zamanı polisə müqavimət göstərən şəxslər tutulub.

Hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. 

DİN-in Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan, əvvəllər dəfələrlə məhkum edilmiş Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq etməklə İ.Aslanov saxlanılıb.

O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istinaqa təhvil verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1858

Oxşar yazılar