Bakının Xəzər rayonunda elektrik yarımstansiyasından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dekabrın 12-də saat 1 radələrində Türkan qəsəbəsi ərazisindəki yarımstansiyaların birindən 7000 manat dəyərində transformatorun vakkum açarını oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən Zərdab rayon sakinləri D.Kərimli, G.Güləhmədli və R.İsayev saxlanılıblar.