Bakıda inzibati binadan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən bir inzibati məntəqədən 1644 manat dəyərində 2 ədəd dəmir dolab və generator oğurlanıb.
Binəqədi rayon Polsi İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş V.Stepaşkin saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 873 manat dəyərində spirtli içkilər oğurlaması da müəyyən edilib.