Bakıda DAVA:  bıçaqlananlar var - YENİLƏNİB
30 sentyabr 2024 10:53 (UTC +04:00)

Bakıda DAVA: bıçaqlananlar var - YENİLƏNİB

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lent.az-a açıqlamasında bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub".

Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. 

***

saat 01:27

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.

Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.

Dava zamanı yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1992
avatar

Oxşar yazılar