Nöqsan tapılan obyekt
19 oktyabr 2021 19:32 (UTC +04:00)

Nöqsan tapılan obyekt

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alındı - VİDEO

Bakıda obyektin tikintisində nöqsanlar aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində müvafiq sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edib.

Bununla əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

FHN daha bir obyektin tikintisinin qarşısını aldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2202
avatar

Mehman Nəbiyev

Oxşar yazılar