Bakıda kişi küçədə ölüb.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Q.Qarayev prospektində qeydə alınıb.
Bakı şəhər sakini 68 yaşlı İlqar İslam oğlu Əzizov küçədə olarkən qəfil ölüb. Onun diabet xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Araşdırma aparılır.
Qeyd edək ki, paytaxtın Nərimanov rayonunda da Qazax rayon sakini olan 59 yaşlı Surxay Müsəllim oğlu Hüseynov küçədə ölməsi barədə xəbər vermişdik.