Bakının Yasamal rayonun Yeni Yasamal yaşayış massivi ərazisində (Talıblı küçəsi) çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Mənzillər yanğından mühafizə olunub.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 30 nəfər bina sakini (onlardan 8-i uşaqdır) təhlükəsiz əraziyə təxliyə olunub.