Bakıda cinsi azlıqlar oteldə dava saldı: saxlanılanlar var
24 may 2023 12:47 (UTC +04:00)

Bakıda cinsi azlıqlar oteldə dava saldı: saxlanılanlar var

1

Mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən otellərində birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq zəminində paytaxt sakini 1979-cu il təvəllüdlü şəxsi döyməsi, oteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər.  

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır. 

Mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.

Qeyd edək ki, hadisəni törədənlər cinsi azlıq nümayəndələri olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4372

Oxşar yazılar