Bakıda bir nəfər intihar edəcəyi barədə polisə məlumat verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, polisə intiharla bağlı informasiya daxil olduqdan sonra 10 dəqiqə ərzində həmin şəxsin yaşayış yeri sosial şəbəkədəki profili vasitəsilə öyrənilib. Dərhal polis əməkdaşları hadisəyə müdaxilə etmək üçün vətəndaşın evinə gedib. Ancaq intihar edəcəyi barədə məlumat verən şəxs bunu zarafatla etdiyini, əslində belə bir fikirdə olmadığını bildirib.
Vətəndaşla etdiyi məsuliyyətsizliyə görə, profilaktiki söhbət aparılıb və ona xəbərdarlıq edilib.