Bakıda briliant qaçaqmalçısı tutuldu -  VİDEO
01 fevral 2021 13:58 (UTC +04:00)

Bakıda briliant qaçaqmalçısı tutuldu - VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib.

Təkrar baxış zamanı çamadanda olan "Nesquik" və "İntense" kakao qutuları, "Baby Wipes" nəm salfet paketi və "Kenwood" markalı şirəçəkən maşının içində, ümumilikdə 10 ədəd sellofan büküm aşkar olunub. Həmin bükümlərin içərisindən isə müxtəlif ölçüdə brilliant qaşlar aşkara çıxarılıb.

Bu predmetlər əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyib, şifahi, yazılı və ya elektron qaydada bəyan olunmayıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilliant qaşların ümumi kütləsi 3901,60 karat (780,32 qram), orta qiyməti təxminən 485 min manat təşkil edir.

briliant qaçaqmal

# 1407
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda kişi evində yanaraq öldü

Bakıda kişi evində yanaraq öldü

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02
Hamilə qadınların işə götürülməsi qaydası necədir?  – CAVAB 

Hamilə qadınların işə götürülməsi qaydası necədir? – CAVAB 

19 aprel 2024 , 11:36